Azərbaycan milli komandası, Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında bu gün iki vacib qarşılaşma keçirəcək. Famil Xəlilovun rəhbərlik etdiyi komanda, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə üz-üzə gələcək. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.

Azərbaycan millisi turnirdəki ilk oyununda ötən gün Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Bu gün keçiriləcək qarşılaşmalar, komandanın qrup mərhələsindəki mövqeyini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-da yekunlaşacaq. Turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir