Salyan rayonunda bu gün səhər saatlarında ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və sərnişin hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.
Ölənlərin şəxsiyyəti müəyyən edilib. Onlar Salyan rayonunun Muğangəncəli kənd sakinləri, 1970-ci il təvəllüdlü Ələkbər Həsənov və 1973-cü il təvəllüdlü Fariz Qarayevdir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.
