Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini və iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Görüşdə bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri və Mariam Kvrivişvilinin ötən il Azərbaycana səfəri xatırlanıb. Tərəflər bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir etdiyini vurğulayıblar.

Qonaq, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar üçün təşəkkürünü bildirib və öz salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Xüsusilə, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin region üçün əhəmiyyətinə toxunulub.

Tərəflər həmçinin müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı rolunu müzakirə edərək, ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir