SON DƏQİQƏ | Trump: İran müharibəsi çox tezliklə başa çatacaq
Trump: Hürmüz Boğazını tam nəzarətdə saxlayırıq, İran iqtisadiyyatı çökür
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hürmüz Boğazı üzərində “nəhəng nəzarətə” malikdirlər — gecə ərzində 30-40 gəmini zərərsizləşdirdiklərini və boğazdan böyük miqdarda neftin çıxarıldığını bildirib. Onun sözlərinə görə, bu nəzarət nəticəsində İran iqtisadiyyatı çökür.
Tramp iddia edib ki, İranın hərbi potensialı böyük ölçüdə məhv edilib və ölkə ciddi iqtisadi çətinliklərlə üzləşib. O bildirib ki, İranda inflyasiya səviyyəsi 300%-ə çata bilər və milli valyuta demək olar ki, tamamilə dəyərsizləşib — “dollara bərabər tutulan pul vahidləri var, amma onların heç bir dəyəri yoxdur.”
Tramp vurğulayıb ki, Hürmüz Boğazı ABŞ-ın nəzarəti altındadır və İranla danışıqlar aparmaq niyyətində deyillər: “İranla danışacaq elə bir şey yoxdur, onlarla görüşmək istəmirik.”
Sonda Tramp Hürmüz Boğazının adının dəyişdirilməsini təklif edib: “Düşünürəm ki, bundan sonra Hürmüz Boğazına ‘Trump Boğazı’ deməliyik.” Qeyd edək ki, Tramp bu təklifi ilk dəfə 2 sentyabr tarixində Truth Social hesabında irəli sürmüş, sonradan bunu bir neçə dəfə təkrarlamışdı.
Write a message…





Post Comment