Loading Now

Mərakeşdən İspaniyaya 60 min miqrant keçib, 24 nəfər ölüb

İspaniyanın Seuta şəhərində qeyri-qanuni miqrant axınının artması ilə əlaqədar Avropa İttifaqı (Aİ) İspaniyaya 114,7 milyon avro təcili maliyyə yardımı ayıracağını açıqlayıb.

Bu maliyyə dəstəyi sərhəd nəzarətinin gücləndirilməsi, təhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi və əlavə işçi qüvvəsi ilə təminat məqsədini daşıyır. Aİ-nin bu addımı, 30 və 31 iyul tarixlərində Seutaya təxminən 70 min qeyri-qanuni miqrantın daxil olmasından sonra atılıb.

İspaniya hökuməti, miqrant axınının artması fonunda bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə hərbi qüvvələri əraziyə yerləşdirmək qərarına gəlib.

Eyni zamanda, İspaniyanın Milli Kəşfiyyat Mərkəzi (CNI) iyulun 29-da sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq Mərakeş və İspaniya hökumətlərini miqrantların Seutaya keçmək cəhdləri barədə xəbərdar edib.

Bu tədbirlər, Seutadakı miqrasiya böhranının qarşısını almaq və bölgədəki təhlükəsizliyi təmin etmək məqsədini güdür.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment