Bu dəfə “2+1 Podcast”ın qonağı Azərbaycanın tanınmış aktrisası Zülfiyyə Qurbanovadır. Müsahibədə Zülfiyyə Qurbanova ilk dəfə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayında yaşanan qalmaqala münasibət bildirir və həmin hadisənin pərdəarxasını danışır. Aktrisa həmçinin indiyədək canlandırdığı unudulmaz obrazlardan bəhs edir və etiraf edir ki, elə rolları olub, onları qucaqlamaq istəyib. Söhbət zamanı şəxsi həyatından da danışan Zülfiyyə Qurbanova ona tez-tez evlilik təklifləri gəldiyini, sosial şəbəkələrdə direct qutusuna yazılan mesajların isə hər kəsi təəccübləndirəcəyini deyir. Müsahibədə Zülfiyyə Qurbanova son illərin ən çox izlənilən layihələrindən olan “Mikrorayon” serialının uğur qazanmasının səbəblərindən də danışır. Aktrisa serialdakı obrazının tamaşaçılar tərəfindən necə qarşılandığını, bu rolun onun yaradıcılığında tutduğu xüsusi yeri və çəkiliş prosesi ilə bağlı maraqlı məqamları bölüşür. Verilişin sonunda aparıcının verdiyi bir sual isə emosional anlara səbəb olur. “Əgər mərhum valideynlərinizə cəmi bir cümləlik məktub yaza bilsəydiniz, nə yazardınız?” sualı aktrisanı göz yaşlarına boğur.
