Türkiyə qadın voleybolunda Qarayevin xidmətləri qeyd olundu
Türkiyə Voleybol Federasiyasının (FVT) rəhbərliyi Azərbaycan qadın milli komandasının baş məşqçisi Faiq Qarayevə hədiyyə təqdim edib.FVT prezidenti Mehmet Akif Üstündağ Qarayevə Türkiyə voleyboluna verdiyi töhfələrə görə təşəkkür edib.Hədiyyə İstanbulda təqdim edilib.
Türkiyə Avropa Çempionatının 1/8 final mərhələsində Azərbaycanı 3-0 hesabı ilə məğlub edib.





Post Comment