Loading Now

Çinin 2 keçmiş müdafiə naziri ölüm hökmünə məhkum edilib

Çin Xalq Respublikasında iki keçmiş müdafiə naziri, Vey Fenhe və Li Şanfu, korrupsiya ittihamları ilə məhkəmə tərəfindən edam cəzasına məhkum edilib. Məhkəmə qərarına əsasən, hər iki şəxs rüşvət almaqda təqsirli bilinib. Vey Fenhe yalnız rüşvət almaqda, Li Şanfu isə həm rüşvət almaqda, həm də verməkdə günahkar sayılıb. Hər iki nazirin əmlakları müsadirə edilib və ömürlük siyasi hüquqlarından məhrum edilib.

Çin hüquq sisteminə görə, edam cəzası iki il müddətinə təxirə salınır. Bu müddət ərzində məhkum yeni cinayətlər törətməzsə, cəza ömürlük həbs cəzası ilə əvəz olunur.

Vey Fenhe 2018-ci ildən 2023-cü ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. Li Şanfu isə 2023-cü ilin mart ayından oktyabr ayına qədər bu vəzifəni tutub. Hər iki şəxs 2024-cü ildə Çin Kommunist Partiyasının sıralarından xaric edilib.

Çin hökuməti korrupsiyaya qarşı mübarizəni gücləndirib və ordu daxilində təmizləmə kampaniyası həyata keçirib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment