Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ Prezidenti Donald Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpini sentyabrın 23-də Vaşinqton yaxınlığındakı Endryus hərbi aviabazasında şəxsən qarşılayıb. Bu, 1962-ci ildən sonra ilk dəfədir ki, ABŞ prezidenti xarici lideri bu bazada qarşılayır.
Si Cinpinin təyyarəsi yerli vaxtla saat 17:39-da Endryus aviabazasında enib. Qarşılama mərasimində təyyarənin qarşısında qırmızı xalça sərilib və ABŞ hərbçiləri fəxri qarovul düzülüşündə dayanıblar. Tramp və Si Cinpin əl sıxaraq bir neçə dəqiqə söhbət ediblər.
Mərasim zamanı hərbi orkestr Çin və ABŞ dövlət himnlərini ifa edib, artilleriya yaylım atəşi açılıb. Aviabazanın üzərindən B-1 bombardmançıları da daxil olmaqla ABŞ hərbi təyyarələri uçuş həyata keçirib.
Donald Tramp və birinci xanım Melaniya Tramp, Si Cinpin və həyat yoldaşı Pen Liyuanı avtomobilə qədər müşayiət ediblər. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək.





Post Comment