Aİ Ukraynaya 3 milyard avroya yaxın vəsait verəcək
Avropa İttifaqı (Aİ) Şurası, “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya təxminən 3 milyard avro məbləğində maliyyə dəstəyinin ayrılmasını təsdiqləyib. Bu vəsaitin təqribən 800 milyon avrosu ilk dəfə olaraq “Ukraynaya Dəstək Krediti” çərçivəsində təqdim olunacaq.
Aİ Şurasının məlumatına görə, ayrılan vəsaitlər Ukraynanın makromaliyyə sabitliyinin qorunmasına, ölkənin bərpası və modernləşdirilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və islahatların həyata keçirilməsinə yönəldiləcək.
Ukrayna, proqram çərçivəsində nəzərdə tutulan 10 hədəf göstəricisindən 84-nü yerinə yetirərək, ümumilikdə 95 göstəricidən 88%-ni icra edib.
Bundan əlavə, Aİ Şurası Ukraynaya dəstək planına dəyişiklik edərək, Norveçin 1 milyard Norveç kronu (təxminən 92 milyon avro) məbləğində könüllü maliyyə töhfəsini daxil edib. Norveç, Aİ-yə üzv olmayan ölkələr arasında “Ukraine Facility” proqramının ilk komponentinə vəsait ayıran ilk ölkə olub.
Yeni tranş köçürüldükdən sonra, Ukraynanın 2024-cü ilin ortalarından etibarən “Ukraine Facility” çərçivəsində aldığı ümumi vəsaitin həcmi 32 milyard avronu ötəcək.





Post Comment