Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub
Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol millisi, Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb. Görüşdə rəqib komanda 16:0 hesablı qələbə qazanıb. İrlandiya millisi ilk hissədə 9, ikinci yarıda isə 7 qol vurub. Bu, seçmə mərhələsinin I turunun oyunu olub.
Azərbaycan millisi növbəti matçını oktyabrın 1-də Kosovo yığmasına qarşı keçirəcək.





Post Comment