“Xankəndi” futbol klubu, uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, şəhərdə Futbol Akademiyasının yaradılmasını planlaşdırır. Bu barədə klubun Müşahidə Şurasının sədri Elgün Səmədov məlumat verib. Onun sözlərinə görə, akademiyanın təsisində əsas məqsəd bölgədə futbol mühitini formalaşdırmaq və istedadlı uşaqları erkən yaşda aşkar edərək peşəkar səviyyəyə çatdırmaqdır. Səmədov vurğulayıb ki, klubun gələcəyini yalnız əsas komandanın nəticələri ilə məhdudlaşdırmaq olmaz; dayanıqlı sistem qurmaq üçün təməl uşaq və yeniyetmə futbolundan başlamalıdır. Akademiyanın yaradılması, klubun uzunmüddətli planlarının əsas istiqamətlərindən biridir.

Gələcəkdə komandanın öz yetirmələrindən təşkil olunması da əsas hədəflərdən biridir. Səmədov bildirib ki, istəyirlər ki, gələcəkdə Xankəndidə futbola başlayan bir uşaq, akademiyanın müxtəlif yaş qruplarından keçərək “Xankəndi”nin əsas komandasında meydana çıxa bilsin. Bunun üçün uşaq-gənclər komandaları və düzgün seleksiya sistemi qurulmalıdır. Bu gün atılan addımlar gələcəkdə Xankəndidən peşəkar futbolçuların yetişməsinə imkan yaradacaq.

Həmçinin, gənclərin idmana cəlb olunması üçün məktəblər, Qarabağ Universiteti və digər qurumlarla əməkdaşlıq çərçivəsində müxtəlif futbol layihələri, turnirlər və maarifləndirici tədbirlər keçiriləcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir