Yunanıstanın paytaxtı Afinada keçirilən altıncı ABŞ-Yunanıstan Strateji Dialoqunda iki ölkə arasında bir sıra mühüm razılaşmalar əldə edilib. Görüşlərdə ABŞ Dövlət Katibi Marko Rubio və Yunanıstanın Xarici İşlər Naziri Yorgos Yerapetritis iştirak edərək, qlobal məsələlər, müdafiə, ticarət, sərmayə və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparıblar.

Ən diqqət çəkən razılaşma, ABŞ-ın Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Yunanıstana 4 milyard dollarlıq hərbi avadanlıq satışının həyata keçirilməsidir. Bu çərçivədə, Yunanıstanın ABŞ Milli Qvardiya Bürosunun Dövlət Tərəfdaşlığı Proqramına (SPP) qoşulması da yekun qərara bağlanıb. Bundan əlavə, Yunanıstana “Stryker” tipli zirehli döyüş maşınlarının verilməsi qərara alınıb.

İki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və qabaqcıl texnologiyalar sahələrində əməkdaşlığın artırılması barədə də razılığa gəlinib. Dənizçilik sahəsində əməkdaşlıq və Dikey Qaz Koridoru Layihəsinin əhəmiyyəti də vurğulanıb. Əlavə olaraq, tərəflər mədəni irsin qorunması və qeyri-qanuni tarixi əşyaların qaçaqmalçılığı ilə mübarizə sahələrində də razılaşma imzalayıblar.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir