Bu gün Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 18 ölkənin 192 cüdoçusu iştirak edəcək. Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq və ilk rəqibi Avstriya yığması olacaq. Qələbə qazandığı təqdirdə, növbəti mərhələdə Yaponiya ilə qarşılaşacaq.

Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (-57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (-70 kq), həmçinin Madina Kaisinova (+70 kq) yer alıblar. Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (-73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (-90 kq), eləcə də Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) komandamızın heyətinə daxil ediliblər.

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Azərbaycan millisi fərdi yarışlarda rekord nəticə ilə – 7 medalla başa vurub. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir