Oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı futbol tarixində ilk dəfə təşkil olunacaq. Bu tədbirə 189 ölkənin iştirak etməsi və təxminən 1,000 oyunun keçirilməsi planlaşdırılır.

Turnirin əksər oyunları Hövsan Yarış Kompleksində keçiriləcək, burada 10 futbol meydançası fəaliyyət göstərəcək. Açılış oyunu və final qarşılaşması isə Bakı Kristal Zalında baş tutacaq.

Azərbaycan milli komandası turnirdə Famil Xəlilovun rəhbərliyi altında “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz ilk oyununu oktyabrın 24-də saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.

Bu turnir, FIFA-nın gənc futbolçuların inkişafına verdiyi önəmin bir göstəricisi olaraq, bütün üzv ölkələrə beynəlxalq səviyyədə təcrübə qazanmaq imkanı yaradacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir