Oktyabrın 29-da gecə saat 23:50 radələrində Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1959-cu il təvəllüdlü Ədalət Bədəlov idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkət edərkən 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb. İdarənin məlumatına görə, sürücü T.Bədəlov DYP əməkdaşları tərəfindən “isti izlərlə” saxlanılıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
Son dövrlərdə ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi artıb. Bu da yol qəzalarının sayının artmasına səbəb olub. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və şəxsi məsuliyyət hissini artırmağa çağırır.
