İordaniyanın paytaxtı Əmmanda keçirilən Asiya Cüdo Kubokunda Azərbaycan qadın cüdoçuları böyük uğur əldə ediblər. Yarışın ilk günündə komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq ümumilikdə 5 medalla turniri başa vurub.

Qızıl medalları 48 kiloqram çəki dərəcəsində Gülşən Hüseynova və 63 kiloqramda Ayan Əliyeva əldə ediblər. Gümüş medallar isə 48 kiloqramda Gülgəz Musayeva və 57 kiloqramda Aytən Verdiyeva tərəfindən qazanılıb. Bürünc medalı isə 52 kiloqram çəki dərəcəsində Çinarə Sadıqova əldə edib.

Bu nəticələrlə Azərbaycan komandası qadınlar arasında medal sıralamasında birinci, ümumi komanda sıralamasında isə ikinci yeri tutub. Beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir