Ağstafa rayonunun Çeyrançöl ərazisində 15 noyabr 2026-cı il tarixində sursat partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, digər biri isə xəsarət alıb. Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib İzbor oğlu Əmrahov tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib. Hadisə nəticəsində Rəsul İbrahimov aldığı xəsarətlərdən həlak olub, Sahib Əmrahov isə xəsarət alıb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa və partlayıcı sursatlara müdaxilə etməməyə çağırır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir