Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Həftəri və onun rəhbərlik etdiyi nümayəndə heyətini Ankarada qəbul edib. Görüş, Prezident Sarayında keçirilib və mətbuat üçün qapalı olub.

Türkiyədə rəsmi səfərdə olan Xəlifə Həftər, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla da görüşlər keçirib.

Görüşlərin məzmunu barədə ətraflı məlumat verilməyib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir