Müğənnidən iki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbərinə qarşı ilginc ittiham
Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində sentyabrın 8-də kanatın qırılması nəticəsində iki nəfər həlak olub.
Hadisə zamanı 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanatla hərəkət edərkən qurğunun trosunun qırılması səbəbindən yüksəklikdən yerə düşərək həyatlarını itiriblər.
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı açıqlama verərək bildirib ki, “Şəki Yaylası”ndakı kanat qurğusu mexanikləşdirilməyib və FHN-in nəzarət sahəsinə daxil deyil.
Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Müğənni Niyam Salami isə sosial şəbəkə hesabında “Şəki Yaylası”nın sahibini tənqid edərək, kanatın təhlükəsizliyinə diqqət yetirmədiyini və nəticədə iki nəfərin həyatını itirdiyini bildirib.





Post Comment