Loading Now

İlham Əliyev Sumqayıt Sənaye Parkında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında bir sıra yeni istehsal müəssisələrinin açılışında iştirak edib. Bu müəssisələr arasında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı zavodu, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsi və “Azermirror” MMC-nin güzgü vərəqələrinin istehsalı zavodu yer alır.

“Nun” MMC tərəfindən yaradılan müəssisə alman texnologiyasından istifadə etməklə illik 3,120 ton məhsul istehsal edəcək. Bu məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək və 140 daimi iş yeri yaradacaq. Müəssisənin qurulmasına 11,2 milyon manat investisiya yatırılacaq və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub.

“Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən qurulan müəssisə Türkiyə və Çin texnologiyalarından istifadə etməklə illik 55 milyon kvadratmetr karton və qutu tarası istehsal edəcək. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır və yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb.

“Azermirror” MMC tərəfindən yaradılan müəssisə Çin texnologiyasından istifadə etməklə illik 900 min kvadratmetr güzgü vərəqəsi istehsal edəcək. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 6,13 milyon manatdır və yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat dəyərində güzəştli kredit ayrılıb.

Bu müəssisələrin açılışı ilə Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatıb. Ümumilikdə, sənaye parkının rezidentləri tərəfindən 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 3,3 milyard manatdan çox hissəsi ixracın payına düşür.

Sənaye parklarında sahibkarlığın inkişafını təşviq etmək məqsədilə rezidentlərə geniş güzəştlər və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla – qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin fiber-optik internet xətləri ilə təmin edilir. Eyni zamanda, rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumlarından azad olunurlar.

Bu tədbirlər qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın şaxələndirilməsini

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment