Ötən ay 21 nəfər dəm qazından zəhərlənib
2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif zəhərlənmə səbəbləri ilə ümumilikdə 85 nəfər müraciət edib. Bu şəxslərdən 81-nin vəziyyəti müalicə nəticəsində stabilləşərək ambulator müalicə üçün evə buraxılıb. Qalan 4 nəfərdən biri qadın, üçü isə kişidir; təəssüf ki, onların həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri dəm qazı və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.
Zəhərlənmə səbəbləri arasında dərman preparatları, siçan dərmanı (rodentisid), sirkə turşusu, kimyəvi məhlullar, allergik reaksiyalar, spirtli içkilər və inqalyasion zəhərlənmə də yer alıb. Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, intensiv terapiya, reanimasiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Bu məlumatlar Kliniki Tibbi Mərkəzin rəsmi məlumatlarına əsaslanır.





Post Comment