Loading Now

Yanvar ayında Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb

2026-cı ilin yanvar ayında Azərbaycan iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% artaraq 9 milyard 78,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edib.

Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,3% artıb.

ÜDM istehsalının strukturu belə olub: sənaye 33,9%, ticarət və nəqliyyat vasitələrinin təmiri 11,7%, nəqliyyat və anbar təsərrüfatı 7,8%, tikinti 3,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 3,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,4%, informasiya və rabitə sahələri 2,2%, digər sahələr isə 23,4% təşkil edib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 11,7%-ni, əhalinin hər nəfərinə düşən ÜDM isə 884,5 manat olub.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment