Loading Now

Bakı və Aşqabad əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı və Aşqabad enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev ilə görüşüb.

Nazir "X" şəbəkəsində yazıb: "Görüş zamanı ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladıq. Həmçinin ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, eləcə də enerji, nəqliyyat, logistika, tranzit və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik".

Mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment