5 ildən sonra Sİ bütün bəşəriyyətin zəkasını üstələyəcək
İlon Mask, yaxın beş il ərzində süni intellektin (Sİ) bütün bəşəriyyətin ümumi intellekt səviyyəsini geridə qoya biləcəyini bildirib. O, bu barədə “The Economist” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, insanlar onun dediklərinin gerçəkləşəcəyini dərk etmirlər.
Maskın fikrincə, təxminən 10 ildən sonra robotlar və süni intellekt həm fiziki, həm də əqli əmək tələb edən əksər işləri öz üzərinə götürəcək və insanların işləməsi “könüllü seçimə” çevriləcək. Bu proses nəticəsində dünyada “görünməmiş bolluq” yaranacaq və pul əvvəlki əhəmiyyətini itirəcək.
Bundan əlavə, Mask, yaxın 20 il ərzində Böyük Britaniyada vətəndaş müharibəsinin baş verməsi ehtimalını istisna etmir. Onun fikrincə, buna səbəb cəmiyyətdə Qərb dəyərlərinə zidd baxışların yaratdığı gərginlik ola bilər.
Bu proqnozlar, süni intellektin inkişafının cəmiyyətə təsiri və gələcəkdəki dəyişikliklər barədə geniş müzakirələrə səbəb olub.





Post Comment