Ceki Çanın “Tanrının Qəzəbi” filminin Bakıda çəkilişləri
Ceki Çan, məşhur “Tanrının Zirehi” franşizasının dördüncü hissəsi olan “Tanrının Zirehi: Ultimatum” filminin çəkilişləri üçün Bakıya gəlib. Bu, aktyorun Azərbaycanda ilk dəfə çəkilişlərə qatılmasıdır.
Filmin süjeti “Asiya Şahini”nin növbəti missiyası ətrafında cərəyan edir. O, 20 milyon dollardan artıq mükafat elan edilmiş qədim Tumar artefaktını tapmağa çalışır.
Çəkilişlərdə 100-dən çox yerli mütəxəssis iştirak edir. Azərbaycanın Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) layihəyə dəstək göstərir.
Filmin çəkilişləri 2026-cı ilin payızına qədər davam edəcək, premyerası isə 2027-ci ilə planlaşdırılır.





Post Comment