Türkiyədə TEKNOFEST-2026 başlayıb
Türkiyənin ən böyük aviasiya, astronavtika və texnologiya festivalı olan TEKNOFEST-2026, avqustun 20-dən 23-dək Gölcük Hərbi Dəniz Donanması Komandanlığında keçirilib.
Bu tədbirdə 37 dəniz platforması nümayiş etdirilib, o cümlədən TCG Anadolu, TCG Barbaros, TCG Salihreis, TCG Turgutreis, TCG Kemalreis, TCG Derya, TCG Tufan və TCG İstanbul.
Festivalda həmçinin Bayraktar TB2 və TB3 pilotsuz uçan aparatları, helikopterlər, raket sistemləri və Polad Günbəz çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin elementləri nümayiş etdirilib.
Tədbirdə SAT və SAS komando bölmələrinin çıxışları, pilotsuz sualtı və yerüstü sistemlərdə yarışlar keçirilib.
Festivalın sonunda qalib komandalara mükafatlar təqdim edilib.





Post Comment