Loading Now

Jurnalist Nuraninin son durumu açıqlanıb

Əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) son vəziyyəti ilə bağlı məlumatlar açıqlanıb. Bakı Sağlamlıq Mərkəzinin verdiyi məlumata görə, 56 yaşlı Tofiqə Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Mərkəzə qəbul olunarkən xəstənin huşunun alaqaranlıq olduğu, ümumi bədən çəkisinin kəskin azaldığı (kaxeksiya), dəri örtüyü və görünən selikli qişalarının kəskin saraldığı müəyyən edilib. Tənəffüsü oksigen dəstəyi ilə təmin olunub. Hemodinamikası inotrop dərmanlar fonunda qeyri-stabil və hipotonik olub, qarın boşluğunda assit səbəbindən həcmin kəskin artdığı, sidik ifrazının isə anuriya şəklində qiymətləndirildiyi bildirilib.

Anamnezə əsasən, xəstə bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkir. Həkimlərin qoyduğu diaqnozlar arasında uşaqlığın yenitörəməsi, qaraciyərə və qarın boşluğu limfa düyünlərinə çoxsaylı metastazlar, mexaniki sarılıq, assit, qaraciyər mənşəli ensefalopatiya, qaraciyər çatışmazlığı, hepatorenal sindrom, kəskin böyrək çatışmazlığı, anuriya, sağtərəfli ekssudativ plevrit, tənəffüs çatışmazlığı və anemiya daxildir.

Xəstə Bakı Sağlamlıq Mərkəzinə qəbul olunduğu andan etibarən müalicəsinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim heyəti cəlb edilib. Təcili təşkil olunan geniş konsiliumun qərarı ilə ona hemodializ də daxil olmaqla intensiv reanimasion dəstək göstərilməsinə başlanılıb. Hazırda Bakı Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən xəstənin həyati göstəricilərinin stabilləşdirilməsi istiqamətində bütün zəruri müalicə tədbirləri fasiləsiz davam etdirilir.

Qeyd edək ki, Tofiqə Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra avqust ayının sonunda vəfat edib. Onunla vida mərasimi Təzə Pir məscidində keçirilib və mərasimdə səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media ictimaiyyətinin nümayəndələri, dostları və ictimai xadimlər iştirak ediblər. Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment