Loading Now

Özbəkistan müstəqilliyin 35ci ilində latın qrafikasına keçir

Özbəkistan Senatı latın qrafikasına əsaslanan özbək əlifbasının strukturunu dəyişdirən yeni qanun layihəsini qəbul edib. Bu dəyişikliklərə əsasən, əlifba 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq. Qanun layihəsi tezliklə prezidentə təqdim olunacaq və imzalanması gözlənilir.

Keçid dövrü nəzərdə tutulub; köhnə əlifbadan istifadə edən sənədlər, əskinaslar, qiymətli kağızlar, dövlət rəmzləri və mövcud lövhələr yeniləri ilə əvəzlənənədək və ya fiziki olaraq köhnələnədək dövriyyədə qalacaq. Bu tədbirlər, özbək dilinin rəqəmsal mühitdə və informasiya texnologiyalarında tətbiqini asanlaşdırmağı hədəfləyir.

Senat nümayəndələrinin fikrincə, bu islahat orfoqrafiya qaydalarını sadələşdirəcək, dövlət dilinin statusunu gücləndirəcək və onun rəqəmsallaşmasını sürətləndirəcək. Yeni əlifbanın tətbiqi ilə bağlı ətraflı məlumatlar yaxın günlərdə açıqlanacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment