Loading Now

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqına sədr seçildi

12:39Azərbaycan Kinematoqrafçılar İttifaqına tək namizəd – Xalq artisti Şəfiqə Məmmədova seçilib.

Qeyd edək ki, sədr seçkisi Nizami Kino Mərkəzində baş tutub.Şəfiqə Məmmədova səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib.

Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyi irəli sürməyib: "Həmidə xanım namizədliyini verə də bilməzdi. İdarə heyəti səs çoxluğu ilə vahid namizəd olaraq Şəfiqə xanımı təsdiqləmişdi" – deyə AKİ-dən bildiriblər..

Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

***11:58Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir.

Konfransda AKİ-nin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə tək namizəd aktrisa Şəfiqə Məmmədovadır.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb.

Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.

Mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment