Loading Now

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib

Xalq artisti Zaur Rzayev 5 sentyabr 2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə qəbul edilib. Xəstəxanadan verilən məlumata görə, ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyəti stabilləşib və müalicəsi Terapiya şöbəsində davam etdirilir.

Xəstəxananın direktoru Zaur Xəlilov bildirib ki, Zaur Rzayevin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. Məlumata görə, bir neçə gün ərzində xəstəxanadan evə buraxılması planlaşdırılır.

Zaur Rzayevin müalicəsi ilə bağlı əlavə məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment