Loading Now

Çində yük gəmisində yanğın olub: 25 nəfər ölüb

Çinin Şandun əyalətinin Çindao şəhərində yerləşən Beihai Gəmiqayırma Zavodunda təmir olunan “Ocean Melody” adlı yük gəmisində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub. Hadisə zamanı gəmidə 42 nəfər olub, onlardan 12-si təhlükəsiz şəkildə təxliyə edilib, 5 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Yanğın yerli vaxtla saat 11:15-də başlayıb və təxminən 14:30-da söndürülüb.

Hadisə ilə bağlı Çin Prezidenti Si Cinpin təcili olaraq xilasetmə əməliyyatlarının keçirilməsi və itkin düşənlərin axtarışının təşkil edilməsi barədə göstəriş verib. Baş nazir Li Çiang isə bütün bölgələrin bu hadisədən dərs çıxararaq yanğın təhlükələrini ətraflı şəkildə araşdırıb aradan qaldırmalarını tapşırıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir. Beihai Gəmiqayırma Zavodu, Çin Dövlət Gəmiqayırma Şirkətinin (CSSC) tərkibində fəaliyyət göstərən böyük bir gəmiqayırma zavodudur.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment