Loading Now

Minaya düşən ANAMA əməkdaşının ayağı amputasiya edilib

Xocalı rayonunun Daşkənd kəndi ərazisində 10 sentyabr 2026-cı il tarixində mina partlayışı baş verib. Hadisə nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı sol ayağından xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra, 1990-cı il təvəllüdlü Anar Həsənov Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub. Burada sol aşıq-baldır oynağı nahiyəsinin amputasiyası əməliyyatı həyata keçirilib.

Hazırda Anar Həsənovun vəziyyəti stabildir və müalicəsi davam etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment