Loading Now

Səhiyyə Nazirliyi: Bu çimərliklərdə çimmək olmaz!

Səhiyyə Nazirliyi, 2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində ölkə ərazisindəki çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunmasını və dəniz suyunun keyfiyyətini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.

Aparılan laborator müayinələr nəticəsində bəzi ərazilərdə dəniz suyu nümunələrinin kimyəvi və mikrobioloji göstəricilərinin mövcud sanitariya norma və qaydalarına uyğun olmadığı müəyyən edilib.

Bu səbəbdən, Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edilib.

Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.

Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Rəsmi mənbələr:


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment