Loading Now

Birinci xanımlar Bişkekdə sərgidə

Sentyabrın 1-də Bişkekdə keçirilən mədəni tədbirdə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva, Qırğızıstanın Birinci xanımı Ayqul Japarova, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın Birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının Birinci xanımı Pen Liyuan iştirak ediblər. Tədbir Qırğızıstanın “Ala-Arça” Dövlət iqamətgahında təşkil olunub.

Sərgidə qırğız xalqının zəngin mədəni irsi, ənənələri və sənətkarlığı nümayiş etdirilib. Keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları və digər əl işləri sərgidə təqdim olunub. Qonaqlar üçün konsert proqramı da təşkil edilib; uşaq yaradıcılıq kollektivlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Bu tədbir Şanxay Əməkdaşlıq Təşkilatının iclası və Ümumdünya Köçəri Oyunları çərçivəsində müxtəlif ölkələrin nümayəndə heyətlərinin Qırğızıstana səfəri zamanı baş tutub.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment