Mikayıl Cabbarov: 4,7 mlrd dollarlıq müqavilələr imzalanacaq
İyunun 16-19 tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində müxtəlif maliyyə və investisiya sazişləri imzalanıb. Bu tədbirdə İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) ilə Azərbaycan tərəfdaşları arasında əməkdaşlıq razılaşmaları əldə edilib.
İİB Qrupunun sədri Məhəmməd Əl-Casir, Bakının yalnız illik toplantıların keçirildiyi məkan deyil, həm də müzakirələrin praktiki davamının təmin olunduğu platformaya çevrildiyini vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycanın investisiya mənzərəsinin üç strateji üstünlüyə əsaslandığını qeyd edib: konnektivlik, yaşıl enerji və rəqəmsal hazırlıq. O, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mühüm qovşaq funksiyasını yerinə yetirdiyini və Şərq-Qərb konnektivliyində, xüsusilə Orta Dəhliz üzrə rolunu gücləndirdiyini bildirib. baku.ws
Nazir əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi ölkənin investisiya gündəliyini müəyyən edir. O, hökumətin özəl sektorun inkişafına, qeyri-neft və qaz sektorunun genişləndirilməsinə və prioritet sahələrdə yeni imkanların yaradılmasına xüsusi önəm verdiyini vurğulayıb.
Ümumilikdə, İİB Qrupu ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən təxminən 1,8 milyard ABŞ dolları dəyərində 84 əməliyyat maliyyələşdirilib.





Post Comment