Loading Now

Xalq artisti Aleksandr Şarovski reanimasiyadadır

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski 9 sentyabr 2026-cı il tarixində 78 yaşında vəfat edib.

Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən etibarən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. Bu teatrda 50-dən çox obraz yaradıb və 50-dən artıq tamaşaya quruluş verib.

Sənətkarın aktyor kimi iştirak etdiyi filmlər arasında “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980), “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) yer alır.

Aleksandr Şarovski Azərbaycan teatr sənətinə verdiyi töhfələrə görə 1987-ci ildə “Əməkdar artist”, 1998-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. O, həmçinin “Şöhrət” (2008) və “Şərəf” (2018) ordenləri ilə təltif edilib.

Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment