Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
Sentyabrın 14-də Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva həyatını itirib.
Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumatlar hələlik açıqlanmayıb.





Post Comment