Loading Now

Badamdarda 5 mərtəbəli yaşayış binasında partlayış baş verib

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar xəttinə bu barədə məlumat daxil olub. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Əməliyyat zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala görə, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment