Loading Now

Hərracda gəmi 115 min manata satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri “Point Brower D” markalı gəmi olub.

Hərracda start qiyməti 4.500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6.600 manata, ilkin qiyməti 6.750 manat olan “Land Rover Freelander” markalı nəqliyyat vasitəsi isə 7.200 manata satılıb.

“Point Brower D” markalı gəminin satış qiyməti 115.000 manat olub.

Növbəti dövlət əmlakının özəlləşdirilməsi üzrə hərraclar 22 və 29 sentyabr tarixlərində keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər ” və ” saytlarından istifadə edə bilərlər.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment