Loading Now

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-də Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı açılış mərasimi ilə start götürüb. Bu il festivalın proqramı daha da zənginləşdirilib. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəran şəhərlərində konsertlər, tamaşalar, sərgilər və digər mədəni tədbirlər keçiriləcək. Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif tədbirlər təşkil olunacaq. Builki festivalın əlamətdar hadisələrindən biri Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayının keçirilməsi olacaq.

Festivalın açılış mərasimində Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Müslüm Maqomayevin “Şah İsmayıl” operasının uvertürası (Qara Qarayevin işləməsi), A. Rəhimkulovanın “Qozı Körpəş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, M. Bəqəliyevin “Bayram uvertürası”, Ö. Gülbayın fleyta, qoboy və orkestr üçün “Rapsodiya”sı, R. Nepesovun “Yunus” əsəri, R. Abdullayevin “Sevgi mahnısı”, S. Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” əsərləri təqdim olunub.

Festivalın təşkilatçıları Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyidir. Bu il festivalın proqramı daha da zənginləşdirilib. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəran şəhərlərində konsertlər, tamaşalar, sərgilər və digər mədəni tədbirlər keçiriləcək. Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif tədbirlər təşkil olunacaq. Builki festivalın əlamətdar hadisələrindən biri Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayının keçirilməsi olacaq.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment