Nyu-Yorkda Tramp və Zelenskinin görüşü baş tutub
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər. Görüşün sentyabrın 22-də Bakı vaxtı ilə saat 21:15-də keçirilməsi planlaşdırılır.
Görüşdə münaqişənin nizamlanması istiqamətində gələcək diplomatik səylər, enerji məsələləri, hava hücumundan müdafiə sistemlərinin tədarükü və Ukraynada ABŞ lisenziyası əsasında “Patriot” kompleksləri üçün raketlərin mümkün istehsalı kimi mövzuların müzakirə olunacağı gözlənilir.
Ukrayna tərəfi, xüsusilə ABŞ-ın fəal iştirakı ilə enerji və dəniz atəşkəsinə nail olmağın mümkün olduğunu vurğulayır. Xarici işlər naziri Andrey Sibiqa bildirib ki, bu istiqamətdə ABŞ-ın səyləri alqışlanır və Prezident Zelenskinin BMT Baş Assambleyası çərçivəsində Prezident Trampla görüşünün əsas nəticələrindən birinin atəşkəsə nail olmaq ola biləcəyini qeyd edib.
Bu görüşün, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və münaqişənin nizamlanması istiqamətində irəliləyişə səbəb olacağı gözlənilir.





Post Comment