Laçında traktor minaya düşüb
Laçın rayonunun Fingə kəndi ərazisində 25 sentyabr 2026-cı il tarixində mina partlayışı baş vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri bu barədə məlumat yaymışdır.
Hadisə zamanı Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlu idarə etdiyi traktorla minalardan təmizlənməmiş ərazidə hərəkət edərkən mina partlayışına düşmüşdür. Şükürlər olsun ki, partlayış nəticəsində xəsarət alan olmamışdır.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi olan ərazilərdə diqqətli olmağa, mina təhlükəsi işarələrinə riayət etməyə, şübhəli əşyalara toxunmamağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırlar.





Post Comment