Loading Now

Ağsuda dağlıq ərazidə yanğın davam edir VİDEO

Ağsu rayonunun Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Əlavə məlumat veriləcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

Post Comment