Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “FlyDubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi, pilotlar arasında baş verən insident səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edib.
İlkin məlumatlara görə, pilotlardan biri digərini bıçaqlayaraq təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Digər ekipaj üzvləri və sərnişinlər vəziyyətə müdaxilə edərək təyyarənin təhlükəsizliyini təmin ediblər. marneulifm.ge
Hadisə ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu tərəfindən istintaq qrupu yaradılıb. Araşdırma insidentin bütün halları və səbəbləri ilə yanaşı, mümkün terror əlaqəsini də əhatə edəcək.
İsrail Müdafiə Nazirliyi hadisəni “cihadçı terror hücumu cəhdi” kimi qiymətləndirərək, israilli sərnişinlərin qəhrəmanlığını vurğulayıb.
“FlyDubai” aviaşirkəti, istintaqın yekunlaşmasına qədər İsrailə uçuşları dayandırıb.
