Avropa İttifaqı (Aİ) Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq və islahatlarını dəstəkləmək məqsədilə ölkəyə 2,9 milyard avro məbləğində yeni maliyyə vəsaiti ayırıb.

Bu vəsaitin 800 milyon avroluq hissəsi, ümumi həcmi 90 milyard avro olan “Ukraynaya Dəstək Krediti” proqramı çərçivəsində təmin edilib.

Aİ Komissiyasının açıqlamasına görə, bu ödəniş Ukraynanın məhkəmə sistemi, maliyyə bazarları, biznes mühiti, enerji, nəqliyyat, kənd təsərrüfatı və yaşıl keçid sahələrində həyata keçirdiyi islahatlarla əlaqələndirilib.

Bu, Ukraynanın bərpasının, islahatlarının və Aİ-yə üzvlük yolunda irəliləyişinin dəstəklənməsi üçün Birliyin əsas mexanizmi olan “Ukrayna Facility” çərçivəsində artıq səkkizinci tranşdır.

Ümumilikdə, 2022-ci ildən bəri Aİ və üzv dövlətləri Ukraynaya 227,4 milyard avro maliyyə yardımı göstərib ki, bunun da 3,8 milyard avrosu dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdir.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir