Azərbaycan milli futbol komandası UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva yığmasını 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma Bakıda yerləşən “8-ci kilometr” stadionunda keçirilib. Oyunun yeganə qolunu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

Bu nəticə ilə Azərbaycan millisi 5 xal toplayaraq qrupda liderliyə yüksəlib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncu pillədə qərarlaşıb. Azərbaycan yığması növbəti oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.


Salam, Bizi Instagram-da izləməyi unutmayın:: @mmediaazerbaijan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir