Oktyabrın 4-də Bakı şəhərinin Suraxanı rayonu, Bahar qəsəbəsində fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə barədə “112” qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat zamanı dağıntı altında qalan iki nəfərdən biri, 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyev sağ çıxarılıb, digər vətəndaş, 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyiti tapılıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
