Oktyabrın 4-dən 11-nə qədər Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Milli Gimnastika Arenasında təşkil olunacaq bu beynəlxalq tədbirdə dünyanın ən yaxşı cüdoçuları mübarizə aparacaq.
Çempionatın ilk günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcələrində mübarizə edəcəklər. Azərbaycanı bu çəkilərdə təmsil edəcək cüdoçuların qarşılaşmaları da müəyyən edilib. idman.biz
Yarışların proqramına əsasən, fərdi çəki dərəcələri üzrə qaliblər oktyabrın 4-dən 10-dək müəyyənləşəcək. Oktyabrın 11-də isə qarışıq komanda yarışları keçiriləcək. idman.biz
Azərbaycan milli komandası fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunacaq. Bundan əlavə, qarışıq komanda yarışında da iştirak edəcəklər. idman.biz
Çempionatın nəticələri cüdo üzrə dünya reytinqinə təsir edəcək və idmançılarımızın gələcək beynəlxalq yarışlardakı mövqelərini müəyyənləşdirəcək.
