Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Səlçuk Bayraktaroğlu, Ortaq Müdafiə üçün Məkkə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin toplantısında iştirak etmək məqsədilə Ər-Riyadda səfərdədirlər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Toplantıda, ittifaqın institusional inkişafı və gələcək addımlar barədə Türkiyənin mövqeyi müzakirə olunacaq. Eyni zamanda, iclasda daha altı ölkənin İttifaqa qoşulması gözlənilir.
Pakistanın xarici işlər naziri İshaq Dar isə altıdan çox ölkənin sazişə qoşulmaq istədiyini və husilərlə bağlı birgə addımların müzakirə ediləcəyini bildirib.
